12:47 14-07-2021
news_image
145
FUTBOL

“Fənərbaxça” əfsanəsi ilə yollarını ayırdı – prezident açıqladı

“Fənərbaxça” qapıçı məşqçisi Volkan Dəmirəllə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, bunu İstanbul klubunun prezidenti Ali Koç açıqlayıb.

Komandanın əfsanəvi qapıçısı ilə birlikdə mətbuat konfransı keçirən klub rəhbəri ayrılıq qərarını Dəmirəlin özünün verdiyini söyləyib. Sabiq qapıçı isə başqa hədəflərinin olduğunu və bu üzdən sevimli komandasını tərk etdiyini bildirib.

Qeyd edək ki, Volkan Dəmirəl 2002-2019-cu illərdə “Fənərbaxça”nın qapısını qoruyub.