13:45 14-07-2021
news_image
142
FUTBOL

Yeni klubu ilə müqavilə bağladı – AVRO-2020-dən sonra

Portuqaliya millisinin qapıçısı Rui Patrisionun “Roma”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Vulverhempton” klubu 33 yaşlı qolkiper İtaliya klubuna satıb.

Premyer Liqa təmsilçisi AVRO-2020-də iştirak edən portuqaliyalının transferi müqabilində 11,5 milyon avro qazanc əldə edib. Patrisionun “canavarlar”da illik maaşının 2,7 milyon avro təşkil edəcəyi yazılıb. O, A seriyası klubu ilə 3 illik müqavilə bağlayıb.

Qeyd edək ki, Rui 2018-ci ildən “Vulverhempton”un formasını geyinib.