14:41 14-07-2021
news_image
204
FUTBOL

“Neftçi”nin oyununu izləyəsi olmadı - Kaxa Kaladze

Bakıda səfərdə olan Tbilisi meri, keçmiş futbolçu Kaxa Kaladze Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tbilisi) oyununu stadionda izləməyəcək.

Apasport.az saytının məlumatına görə, öncədən tərtib olunmuş səfər proqramında oyunu Bakıda stadionda izləmək nəzərdə tutulsa da, proqramda dəyişiklik olub və “Milan”ın əfsanəsi görüşü izləmədən Tbilisiyə qayıdacaq.

Gürcüstanın Azərbaycandakı səfirliyindən APA-ya Kaladzenin matçı Bakıda stadiondan izləməyəcəyini təsdiqləyiblər. Səfər proqramında edilmiş dəyişikliyin səbəbi isə açıqlanmayıb.

Tbilisi meriyasının mətbuat xidmətindən isə APA-nın yerli bürosuna bildirilib ki, Kaladzenin Tbilisi meriyası ilə əlaqədar təcili işi çıxıb, Gürcüstana qayıtmasının səbəbi də budur.