22:22 14-07-2021
news_image
264
FUTBOL

“Neftçi”nin tarixinə düşdü – Emin Mahmudov

Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “ağ-qaralar”ın avrokuboklarda ən yaxşı bombardiri adına yiyələnib.

O, buna Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə ev oyununda nail olub. Penaltini dəqiq yerinə yetirən kapitan “Neftçi”nin heyətində 6-cı avrokubok qoluna imza atıb.

Bununla da Emin Julius Vobayi arxada qoyub. Syerra-leoneli 5 dəfə fərqlənib.

Qeyd edək ki, Emin Çempionlar Liqasında 2, Avropa Liqasında 4 qol vurub.