23:08 14-07-2021
news_image
167
FUTBOL

“Bu dəfə daha yaxşı oynadıq” - Namik Ələskərov

“Çox sevindirici haldır. Sevinirəm ki, həm qələbə qazandıq, həm də bu qələbədə mənim payım oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Namik Ələskərov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə ev oyununda (2:1) qələbə qoluna imza atan yarımmüdafiəçi görüş barədə fikirlərini “CBC Sport”a açıqlayıb: “Məncə ilk görüşlə müqayisədə bu dəfə daha yaxşı oynadıq. Birinci hissədə qol epizodlarımız oldu, amma vura bilmədik. İkinci hissədə bunu bacardıq. “Olimpiakos” barədə nəsə deməyə ehtiyac yoxdur. Onları hamı tanıyır. Bu görüşdən sonra istirahət edib, rəqibi analiz edəcəyik”.

Qeyd edək ki, hər iki oyunda 2:1 hesabı ilə qalib gələn “Neftçi” II təsnifat mərhələsində “Olimpiakos”la görüşəcək.