23:12 14-07-2021
news_image
7446
FUTBOL

“Olimpiakos”dan qorxmaq lazım deyil" - Emin Mahmudov

“Olimpiakos”la oyunda əlimizdən gələni edəcəyik”. 

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə ev oyununda (2:1) bərabərlik qoluna imza atan yarımmüdafiəçi qarşılaşmadan sonra “CBC Sport”a açıqlama verib. Kapitan növbəti mərhələdəki rəqib olan Yunanıstan “Olimpiakos”u ilə görüşlərə də toxunub: “Rəqibin kim olmasının fərqi yoxdur. Qorxmaq lazım deyil. Meydana çıxıb vuruşacağıq”.

Emin Tbilisidə olduğu kimi yenə penaltidən qol vurması barədə də danışıb: “Yaxşı ki, penalti oldu. Bir az fərqli vurdum. Əsas odur ki, qol oldu. Rəqib yaxşı oynadı, bizi bir az sıxdı”.