23:29 14-07-2021
news_image
650
FUTBOL

“Neftçi”dən təcili transfer – baş məşqçi açıqladı

“Neftçi” tezliklə heyətinə yeni futbolçu qata bilər.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Samir Abasov deyib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Dinamo” (Tbilisi, Gürcüstan) ilə cavab oyunundan (2:1) sonra keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis yaxın zamanda transfer reallaşa biləcəyini vurğulayıb.

O bildirib ki, “Olimpiakos”la oyuna qədər transferin baş tutacağı gözlənilir: "Hücumçu, 1-2 vinger, dayaq yarımmüdafiəçi, sol müdafiəçi istəyirik. Onlar hətta 30 faiz hazır olsa da, meydana buraxacağıq. Çünki bəzi oyunçularda yüngül zədələr var".

Yunanlarla qarşılaşmaya bir həftə vaxt qaldığından paytaxt təmsilçisinin keçidi reallaşdırmağa yaxın olduğunu söyləmək olar.

Qeyd edək ki, “Neftçi” “Olimpiakos”la ilk oyunu iyulun 21-də səfərdə keçirəcək.