23:36 14-07-2021
news_image
255
FUTBOL

“Danışıq maliyyədə qırılır” – “Neftçi”nin transfer probleminin səbəbi

“Neftçi”nin transfer edə bilməməyinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu komandanın baş məşqçisi Samir Abasov açıqlayıb.

O bildirib ki, “Neftçi”yə keçidi reallaşmaq üzrə olan futbolçuların transferinə maliyyə imkanları mane olub: “Bunun bir cavabı var, istədiyimiz oyunçuları götürə bilmirik. 5 nəfərə yaxın oyunçu var ki, birbaşa müqaviləyə gətirmək istəyirik. Əvvəllər 2-3 mövqe fikirləşirdik. Bir komandada sol cinah müdafiəçisi yoxdursa, bu gün “Olimpiakos”u müzakirə etmək çox çətindir. Rotasiyalar etmək, oyunu gücləndirmək çətindir. Danışıq maliyyədə qırılır”.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”sunu hər iki oyunda 2:1 hesabı ilə üstələyən “Neftçi” növbəti raundda Yunanıstan “Olimpiakos”u ilə görüşəcək.