23:41 14-07-2021
news_image
180
FUTBOL

Gürcüstanda üç rəqib – “Sabah”a

“Sabah”ın Gürcüstanın paytaxtı Tbilisidəki toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub.

Apasport.az klubun saytına istinadən xəbər verir ki, Bakı klubu yerli komandalarla qüvvəsini sınayacaq. 

İlk rəqib “Şukura” olacaq. Kobuleti təmsilçisi ilə qarşılaşma iyulun 20-də baş tutacaq. 

Ramin Quliyevin yetirmələri növbəti oyununu iyulun 23-də “Samqurali”yə qarşı keçirəcək. “Sabah” Tbilisi toplanışında son matçında “Saburtalo” ilə üz-üzə gələcək. Görüş iyulun 28-də baş tutacaq.

Qeyd edək ki, komanda Gürcüstan paytaxtına sabah yola düşəcək. “Ağ-göylər” Bakıya iyulun 29-da qayıdacaq.