00:27 15-07-2021
news_image
259
FUTBOL

50-ci qol – “Neftçi”dən

“Neftçi” avrokuboklarda 50-ci ev qoluna imza atıb.

Apasport.az saytının məlumatına görə, yubiley qoluna Namik Ələskərov imza atıb.

O, Çempionlar Liqasının I təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə ev görüşündə fərqlənib. Bu top Bakı klubunu hesabda önə çıxarıb – 2:1.

1995-ci ildən avrokuboklarda çıxış edən paytaxt təmsilçisi 36-cı ev oyununda qol sayını 50-yə çatdırıb.

Qeyd edək ki, “Neftçi” evdə 33 qol buraxıb.