23:53 14-07-2021
news_image
377
FUTBOL

Bu dəfə qol vurmadı, məhsuldar ötürmə verdi – Mahir Emreli

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Polşanın “Legiya” klubu Çempionlar Liqasının II təsnifat mərhələsinə yüksəlib.

Apasport.az saytının məlumatına görə, Varşava təmsilçisi I təsnifat mərhələsində Norveç “Bode Qlimt”ini mübarizədən kənarlaşdırıb.

Bir həftə əvvəl səfərdə 3:2 hesabı ilə qalib gələn Polşa çempionu öz meydanında da rəqibini üstələyib – 2:0. Mahir bu dəfə də start heyətində yer alıb. Dubla imza atdığı ilk oyunla müqayisədə hücumçumuz bu dəfə qol sevinci yaşamasa da, məhsuldar ötürmə ilə yadda qalıb. O, görüşün 83-cü dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, Emrelinin komandası II təsnifat mərhələsində Estoniyanın “Flora” klubu ilə üz-üzə gələcək.