09:15 15-07-2021
news_image
132
FUTBOL

Ronaldo “Yuventus”dan gedir? – vitse-prezident aydınlıq gətirdi

“Yuventus”un vitse-prezidenti Pavel Nedved hücumçu Kriştiano Ronaldonun klubdan ayrılma ehtimalı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib.

Apasport.az saytının məlumatına görə, Nedved portuqaliyalı superulduzun başqa komandaya keçmək istədiyini onlara bildirmədiyini deyib.

O, 36 yaşlı forvardın düşərgəyə qoşulmasını gözləyir: “Ronaldonun nə özü, nə də ətrafından biri bizə ayrılmaq istədiyini deyib. Mən onu “Yuventus”da gözləyirəm. İyulun 25-də istirahətdən qayıtmasını gözləyirik”.

Qeyd edək ki, 2018-ci ildən “Yuventus”un formasını geyinən Kriştiano Ronaldonun müqavilə müddəti gələn ilin yayına qədərdir.