09:31 15-07-2021
news_image
242
FUTBOL

“Neftçi” bizə çətin anlar yaşadacaq, bunu bilirik” - Pedro Martins

“Burada olduğum üçün çox xoşbəxtəm. Hələ görəcəyimiz çox iş var.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Olimpiakos”un baş məşqçisi Pedro Martins deyib.

Yerli mətbuata fikirlərini bildirən çalışdırıcı hələ tam hazır olmadıqlarını etiraf edib. O, Azərbaycan çempionu ilə bağlı lazımı məlumat topladıqlarını da vurğulayıb: “Bir həftədən sonra daha yaxşı vəziyyətdə olacağıq. Doğrudur, hələ istədiyimiz səviyyədə deyilik. Amma bunun üçün bir həftəmiz var. Çempionlar Liqasının növbəti mərhələsindəki rəqibimiz “Neftçi”ni və onun sahib olduğu futbolçuları təhlil etmişik. Azərbaycan çempionu bizə çətin anlar yaşadacaq, bunu bilirik. Ancaq matça bacardığımız qədər hazır olacağıq”.

Qeyd edək ki, I raundda Tbilisi “Dinamo”sunu hər iki oyunda 2:1 hesabı ilə məğlub edən “Neftçi” II təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”la ilk görüşünü iyulun 21-də Yunanıstanda keçirəcək.