09:43 15-07-2021
news_image
194
FUTBOL

“Neftçi” ilə oyuna hazır olacaq – AVRO-2020-nin iştirakçısı

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Olimpakos”un yeni transferi Tomaş Vaçlik komandaya gözləniləndən erkən qoşulub.

Apasport.az saytının məlumatına görə, “Sevilya”dan gətirilən qolkiper Çexiya millisinin heyətində AVRO-2020-də iştirak etməsinə baxmayaraq, istirahətə ehtiyac duymur.

32 yaşlı Vaçlikin “Neftçi”yə qarşı matçları buraxması planlaşdırılsa da, futbolçu daha tez komandaya kömək etmək niyyətindədir. O, yerli mətbuata açıqlamasında hətta “Neftçi” ilə qarşılaşmada debüt etmək istəyində olduğunu gizlətməyib: “Aris”lə yoxlama görüşünü kənardan izlədim. Amma “Neftçi” ilə oyuna hazır olacağam. Məni meydana buraxıb-buraxmamaq baş məşqçinin əlində olacaq. “Aris”lə oyuna baxdım, bütün günü komanda yoldaşlarımın yanında oldum. Bütün lazımi məlumatları əldə etmək və kollektivə qoşulmaq istəyirəm. AVRO-2020-dən sonra 10 gün istirahət etdim. Fikrimcə, bu kifayətdir”.

Qeyd edək ki, “Neftçi” ilə “Olimpiakos” arasında ilk oyun iyulun 21-də Yunanıstanda baş tutacaq.