10:46 15-07-2021
news_image
195
FUTBOL

“Pley-offa qədər irəliləmək istəyirik” – “Qarabağ”ın rəqibi

“İsrail Toto Kubokunun pley-offunda Beer Şeva “Hapoel”inə qarşı oyunu “Qarabağ”la matçın hazırlığı hesab edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Aşdod”un baş məşqçisi Ran Ben Şimon deyib.

“Hapoel”lə bu gün üz-üzə gələcək İsrail təmsilçisi avrokuboklarda qarşısına böyük hədəf qoyub. 51 yaşlı çalışdırıcı “Qarabağ” səddini keçmək istədiklərini söyləyib: “Daha da güclənmək üçün ən yaxşı kollektivi formalaşdırmağa çalışdıq. Yəqin ki, illərdir heç kim bizim nə vaxtsa avrokuboklara çıxacağımıza inanmırdı.  Ancaq biz ildən-ilə hədəfimizi böyüdürük. Bu mövsüm Konfrans Liqasında pley-offa qədər irəliləmək istəyirik. Toto Kubokundakı oyun da “Qarabağ”la matça böyük hazırlıqdır. Düzdür, avrokubok təcrübəmiz yoxdur. Ancaq orada iştirakı ənənə halına gətirmək istəyirik. Etiraf edirəm ki, təcrübə çatışmazlığından əziyyət çəkəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Aşdod” arasında ilk oyun iyulun 22-də Bakıda, cavab görüşü isə 29-da Aşdodda keçiriləcək.