10:59 15-07-2021
news_image
151
FUTBOL

Jirunun keçidini təsdiqlədi - Paolo Maldini

“Çelsi”nin hücumçusu Olivye Jirunun “Milan”a keçəcəyi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, “rossonyerlər”in direktoru Paolo Maldini də xəbəri təsdiqləyib.

O, fransalı forvardın tezliklə düşərgəyə qoşulacağını açıqlayıb: “Jiru sabah gəlməlidir. Bir neçə gənc hücumçumuz var. Olivye isə çempion, Çempionlar Liqasının qalibi olan etibarlı forvarddır. Təcrübəsini gənclərlə bölüşəcəyinə əminəm”.

Qeyd edək ki, “Milan”la 2 illik müqavilə imzalayacaq Olivye Jirunun keçidi “Çelsi”yə 1 milyon avro qazandıracaq.