12:28 15-07-2021
news_image
179
FUTBOL

İspanlara əmanət - “Neftçi”

“Neftçi”nin Çempionlar Liqasında keçirəcəyi növbəti ev oyununun vaxtı və hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, II təsnifat mərhələsinin “Olimpiakos”la cavab görüşü iyunun 28-də baş tutacaq.

Yunanıstan təmsilçisi ilə matç “Bakcell Arena”da təşkil olunacaq. Qarşılaşma saat 21:00-da başlayacaq.

Oyunu ispaniyalı hakimlər idarə edəcək. Rikardo de Burqos baş hakim olacaqsa, ona Roberto del Palomar və Con Nunez yarım edəcək. Dördüncü hakim funksiyası Adrian Corderoya tapşırılıb.