12:49 15-07-2021
news_image
2221
FUTBOL

“Neftçi” səpələndi - püşkatmada

Çempionlar Liqasında mövsümün növbəti püşkatma mərasimi iyulun 19-da olacaq.

Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 14:00-da atılacaq.

Tədbirdə II təsnifat mərhələsinin 10 cütü və yarışa birbaşa başlayan 2 klub iştirak edəcək. Bu klublar “Slaviya” və “Reyncers”dir.

Püşkatma ərəfəsində komandalar səbətlərə bölünüb. II təsnifat mərhələsində oynayacaq “Neftçi”nin Yunanıstan “Olimpiakos”u ilə cütünün də səbəti bəlli olub.

Mərhələnin 3-cü ən reytinqlisi olan Pirey təmsilçisinin əmsalına görə bu cütlük səpələnmişlər sırasında olacaq. Bu, “Neftçi”nin mərhələ adlayacağı halda güclü rəqiblərlə oynamaması anlamına gəlir. 

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya”nın “Flora” ilə cütü isə səpələnməmişlər sırasındadır. Bu da polşalıları “Neftçi”yə mümkün rəqib edir.

Ümumilikdə isə Azərbaycan çempionu üçün 5 mümkün cüt var. Yalnız bir cüt – “Alaşkert” – “Şerif” təmsilçimizə mümkün rəqib ola bilməz. Çünki UEFA Azərbaycan və Ermənistan klublarının qarşılaşmasına imkan vermir.

Qeyd edək ki, “Neftçi” və “Olimpiakos” arasında ilk oyun püşkdən 2 gün sonra keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr)
“Slaviya” (Çexiya)
“Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)
“Kayrat” (Qazaxıstan) – “Srvena zvezda” (Serbiya)
“Reyncers” (Şotlandiya)

Səpələnməmişlər
“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)