13:14 15-07-2021
news_image
201
FUTBOL

Hagenlə vidalaşdı - "Səbail"

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Bakı klubu rəsmi saytı vasitəsilə yayıb.

Qəsəbə təmsilçisi qapıçı Nikolas Hagenlə vidalaşıb. Qvatemala millisinin üzvü ilə başa çatan müqavilə müddəti yenilənməyib. 25 yaşlı qolkiper Premyer Liqa klubuna ötən ilin yayında ölkəsinin “Munisipial” klubundan keçib. O, 2020/21 mövsümündə çempionatda 26 oyun keçirib, qapısından 37 qol buraxıb.

Qeyd edək ki, “Səbail” yay fasiləsində həmçinin Ali Sesay, Ruslan Hacıyev, Urfan Abbasov, Məqsəd İsayev, Hendrik Ekşteyn, Amil Yunanov, Florian Kadriu, Milovan Petrovik və Luka İmnadze ilə də yollarını ayırıb.