00:00 16-07-2021
news_image
466
FUTBOL

“Qarabağ”a çatdı – “Neftçi”

Çempionlar Liqası tarixində 4-cü dəfə Azərbaycan klubu rəqibinə hər iki oyunda qalib gəlib.

Apasport.az saytının məlumatına görə, Tbilisi “Dinamo”sunu həm səfər, həm evdə 2:1 hesabı ilə üstələyən “Neftçi”yə qədər üç belə uğur olub.

Qitənin ən nüfuzlu klub turnirindəki ilk “ikiqat qələbə”miz də “ağ-qaralar”ın hesabındadır. Bakılılar 16 il əvvəl “Hafnarfyordur”a şans verməyib.

İkinci dəfə rəqibini hər iki görüşdə üstələyən “Neftçi” bu göstəricidə “Qarabağ”a çatıb. Belə ki, digər iki “ikiqat qələbə” Ağdam təmsilçisinin hesabındadır. Qurban Qurbanovun yetirmələri “Valletta” və “Samtredia”nı üstələyib.

2005/06. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0, 2:1
2014/15. “Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4
2017/18. “Qarabağ” – “Samtredia” (Gürcüstan) – 5:0, 1:0
2020/21. “Dinamo” (Tb, Gürcüstan) – “Neftçi” – 1:2, 1:2