14:07 15-07-2021
news_image
186
FUTBOL

Azarkeşlərin seçdiyi forma ilə oynayacaq – ilk gündə 35 min satış

Braziliya klubu “Atletiko Mineyro” maraqlı addımla yadda qalıb.

Apasport.az saytının məlumatına görə, rəhbərlik azarkeşlərin dizaynını müəyyənləşdirdiyi forma ilə yeni mövsümdə çıxış edəcək.

Klub bununla bağlı azarkeşlərə müraciət edib və qısa müddətdə onlardan 559 dizayn variantı alıb. Həmin formalardan 13-ü finala yüksəlib. Növbəti mövsümün forması isə 60 minə yaxın insan arasında aparılan səsvermə nəticəsində seçilib.

Maraqlıdır ki, satışa çıxarıldığı ilk gündəcə 35 min forma alınıb.