14:32 15-07-2021
news_image
183
TOKİO-2020

Azərbaycan millisinin bayraqdarının Olimpiya şanslarından yazdı - İJF

Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının əsas favoriti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 73 kq çəki dərəcəsində çıxış edən Ono Şohei qızıl medala əsas namizəd göstərilir.

2013-cü ildən sonra məğlubiyyət nə olduğunu bilməyən yaponiyalı doğma divarlar arasında da fəxri kürsünün ən yüksək pilləsinə iddia edir. Yaponiyalı Teddi Riner hesab olunan Ononun əsas rəqibi isə Azərbaycan millisinin bayraqdarı Rüstəm Orucov sayılır.

Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytındakı dəyərləndirmə də bundan xəbər verir: “Ononun yeganə rəqibi Rüstəm Orucovdur. O, Rio Olimpiadasının və DÇ-2019-un gümüş mükafatçısıdır. Hər iki finalda ona Ono qalib gəlib. Bu qarşılaşmaların ikisində də Rüstəm daha artığına nail ola biləcəyini düşünərək gümüşlə kifayətlənib. Hazırda Orucov əbədi 2 nömrədir, həmişə fəxri kürsüdədir, əksər hallarda finalçı, bəzən qalibdir. Yaponiyalı əzəli “düşməni” ilə görüşlərdə yaxşı nəticəsi olmaması Rüstəmə psixoloji zərbə də vura bilər, əksinə, Ono mifini dağıtmaq üçün stimul da verə bilər”.

İJF Ono ilə Rüstəmə rəqib ola biləcək digərləri arasında gürcüstanlı Laşa Şavdatuaşvili və cənubi koreyalı An Çamqrim də yer alıb.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-də start götürəcək.