15:25 15-07-2021
news_image
285
STOLÜSTÜ OYUNLAR

Levon Aronyan Dünya Kubokunun ilk mərhələsindən azad edildi - SƏBƏB

Erməni şahmatçı Levon Aronyan Dünya Kubokunun I mərhələsindən azad edilib.

Apasport.az saytının məlumatına görə, buna səbəb qrossmeysterin sağlamlığındakı problemdir.

Soyuqdəyməsi olan Aronyan özünü yaxşı hiss etsə də, digər iştirakçıların təhlükəsizliyi məqsədilə ilk raunda buraxılmayıb. O, Dünya Kubokuna birbaşa ikinci mərhələdən başlayacaq. Lakin bunun üçün şahmatçı zəruri testlərdən keçməlidir.

Qeyd edək ki, dünya kuboku iyulun 12-də start götürüb.