15:51 15-07-2021
news_image
2192
FUTBOL

“Neftçi” üçün kor püşk – Avropa Liqasına yuvarlanarsa

Avropa Liqasında mövsümün ilk püşkatması iyulun 19-da keçiriləcək.

Apasport.az saytının məlumatına görə, əvvəlki illərdən fərqli olaraq bu dəfə III mərhələdən başlayacaq turnirdə Azərbaycan təmsilçisinin də mümkün rəqibi bəlli olacaq.

Bu, Çempionla Liqasında mübarizə aparan “Neftçi”nin uğursuzluq halında gözləyən rəqibdir. Bakılıların II təsnifat mərhələsində qarşılaşacağı Yunanıstan “Olimpiakos”u ilə təşkil etdiyi cüt püşkə qatılacaq. 

Ümumiyyətlə, Avropa Liqasında Çempionlar yolunun püşkünə 10 cüt qatılacaq. Bunlar Çempionlar Liqasının II təsnifat mərhələsinin cütləridir. Bu cütlərdə məğlub olanlar Avropa Liqasının Çempionlar yolunda 5 cütlük təşkil edəcək.

“Neftçi”ni gözləyən bu püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Kor püşk zamanı istənilən cüt təmsilçimizə rəqib ola bilər. Ermənistan klubunun yer aldığı “Şerif” – “Alaşkert” qarşılaşması istisna təşkil edir.

Avropa Liqası
Çempionlar yolu
III təsnifat mərhələsi

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Omoniya” (Kipr)
“Olimpiakos” (Yunanıstan) – “Neftçi” (Azərbaycan)
“Slovan” (Slovakiya) – “Yanq Boyz” (İsveçrə)
“Kayrat” (Qazaxıstan) – “Srvena Zvezda” (Serbiya)
“Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan)
“Malmö” (İsveç) – HİK (Finlandiya)
“Linkoln” (Cəbəllütariq) – ÇFR (Rumıniya)
“Legiya” (Polşa) – “Flora” (Estoniya)
“Alaşkert” (Ermənistan) – “Şerif” (Moldova)
“Ferensvaroş” (Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva)

Qeyd edək ki, Avropa Liqasının Əsas yolunda da püşkatma olacaq. Burada üç klub – “Yablonets” (Çexiya), “Sent Conston” (Şotlandiya) və “Anortosis” (Kipr) səpələnmiş olacaq. Səpələnməmişlər isə Çempionlar Liqasının II təsnifat mərhələsinin Qeyri-çempionlar yolunun üç cütü olacaq. Bunlar PSV (Niderland) – “Qalatasaray” (Türkiyə), “Rapid” (Avstriya) – “Sparta” (Çexiya), “Midtulland” (Danimarka) – “Seltik” (Şotlandiya) cütləridir.