20:58 15-07-2021
news_image
135
FUTBOL

Türkiyədən qələbəsiz qayıdır - "Sumqayıt"

Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt" bu gün son yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ayxan Abbasovun yetirmələri Rumıniya təmsilçisi "Petrolul" ilə qarşılaşıb.

Bunadək Türkiyə təmsilçiləri “Keçiörəngücü” və
"Qaziantep"ə 1:2, “Sivasspor”a 0:2 uduzan "Sumqayıt" yenə məğlubiyyətə üzülüb. Rumınlar 2:0 hesabı ilə qalib gəliblər.

Yoxlama oyunu
15 iyul
“Sumqayıt” (Azərbaycan) – “Petrolul” (Rumıniya) – 0:2
“Boluspor”un bazası

Beləliklə, "Sumqayıt" 2021/22 mövsümü üçün təlim-məşq toplanışının ikinci mərhələsini də başa vurub. Komanda sabah Vətənə geri qayıdacaq.