22:23 15-07-2021
news_image
233
FUTBOL

İspaniyadan məşqçi gətirdi - "Sabah"

“Sabah”da yeni məşqçi təyinatı reallaşıb.

Klubdan apasport.az saytına verilən məlumata görə, ispaniyalı fiziki hazırlıq üzrə məşqçi David Madurqa Dieslə müqavilə bağlanıb.

Madurqa məşqçi karyerası ərzində İspaniyanın “Saraqosa” (2006-2018), “Konkense” (2018/19), “Deportivo San Fernando” (2019/20) və “El Exido” (2020/21)  klublarında çalışıb.

Qeyd edək ki, ispaniyalı mütəxəssis UEFA-nın PRO kateqoriyasına malikdir.