09:37 16-07-2021
news_image
219
FUTBOL

“Neftçi” ilə oyuna 17 legioner sifariş etdi – “Olimpiakos”

Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Olimpiakos” iştirak ərizəsini UEFA-ya təqdim edib.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Pedro Martins A və B siyahısını müəyyənləşdirib.

Portuqaliyalı mütəxəssis A siyahısına 24 futbolçunun adını salıb.

3 qapıçı, 7 müdafiəçi, 11 yarımmüdafiəçi və 3 hücumçunun yer aldığı heyətdə 17 əcnəbi futbolçu var.

Qapıçılar: Tomaş Vaçlik, Öqmundur Kristinsson, Konstantinos Tzolakis;
Müdafiəçilər: Usseynu Ba, Ruben Semedo, Kenni Lala, Svetozar Markoviç, Avraam Papadopulos, Sokratis Papastatopulos, Oleq Reabçyuk;
Yarımmüdafiəçilər: Tanasis Andrutsos, Andreas Buçalakis, Madi Kamara, Aquibu Kamara, Nikola Çumiç, Pyerr Kunde, Giorqos Masuras, Yann Mvila, Lazar Rangeloviç, Marios Vrusay Matye Valbuena;
Hücumçular: Yussef El-Arabi, Ahmed Hassan, Tikinyo.

Qeyd edək ki, “Olimpiakos”la “Neftçi” arasında ilk oyun iyulun 21-də Yunanıstanda keçiriləcək.