09:45 16-07-2021
news_image
126
FUTBOL

Belaruslu hakimlər Bakıya gəlir - “Keşlə” – “Soçi” oyunu üçün

Konfrans Liqasının II təsnifat mərhələsinin “Keşlə” – “Soçi” matçının hakimləri açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibinin Rusiya təmsilçisi ilə cavab oyununu Belarusdan olan hakimlər idarə edəcək.

İyulun 29-da baş tutacaq matçın baş hakimi Viktor Şimusik olacaq. Ona Anton Qusev və Sergey Kosovets yardım edəcək. Dördüncü hakim funksiyasını Vitali Sevostyanik yerinə yetirəcək.

Qeyd edək ki, “ASK Arena”dakı matç saat 20:00-da başlayacaq.