10:09 16-07-2021
news_image
133
FUTBOL

“Keşlə” və “Sumqayıt” gerilədi – UEFA reytinqində

Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmaların nəticələri bəzi dəyişikliklərə səbəb olub.

Azərbaycan klublarından ən yaxşı göstəricilərə malik olan “Qarabağ”la “Neftçi”nin mövqeyi dəyişməz qalsa da, digər təmsilçilərimiz geriləyib. Ağdamlılar 17,500 xalla 77-ci, “ağ-qaralar” 7,000 xalla 151-ci yerə şərik kimi qalıb.

4 pillə geriləyən “Keşlə” (4,000) 258-ci sıraya enib. Cəmi 2 addım aşağı yuvarlanan “Qəbələ” (3,500) 292-ci yerə şərikdir. “Sumqayıt”, “Səbail” və “Zirə” (hamısı 2,525) 341-ci sırada qərarlaşıb. Onlar da “Keşlə” kimi 4 pillə geriləyib.

Qeyd edək ki, cədvələ “Bavariya” başçılıq edir – 116,000 xal.