22:04 16-07-2021
news_image
190
FUTBOL

Yaşıl forma qadağan edildi – A seriyasında

İtaliya A seriyasında klubların yaşıl forma geyinməsinə qadağa qoyulub.

Apasport.az saytının məlumatına görə, bu qadağa 2022/23 mövsümündən tətbiq ediləcək.

Bu barədə qərar yayımçı şirkətlərin xahişi ilə verilib. Geyimlərin yaşıl ot örtüyü ilə qarışması belə addım atılmasına səbəb olub.

Tamaşaçı və oyun iştirakçılarına da daha rahat olacaq. Bu, kontrastlıq baxımından əlverişlidir. Klublara təklif olunacaq əlavə şərtlər dəqiqləşməyib.

Qeyd edək ki, A seriyasının ötən mövsümündə “Sassuolo”nun əsas, “Latsio” və “Krotone”nin ehtiyat forması yaşıl idi.