10:51 16-07-2021
news_image
108
FUTBOL

Avropa çempionatı və ya dünya çempionatına ev sahibliyi etmək istəyir - İtaliya

İtaliya AVRO-2028 və ya DÇ-2030-a ev sahibliyi edə bilər.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina açıqlayıb.

O bildirib ki, ölkəsi böyük turnirlərdən birinə ev sahibliyi etmək niyyətindədir: “Biz AVRO-2028 və DÇ-2030-a namizədliyi dəyərləndirəcəyik. Əvvəl Avropa çempionatını cəhd edəcəyik, sonra isə dünya çempionatlarının 100 illiyinin qeyd olunduğu yarışa baxarıq. Stadionların durumunu yaxşılaşdırmağa başlamalıyıq. İnfrastruktura investisiya qoysaq, heç vaxt belə möhtəşəm yarış keçirə bilmərik. Stadionlarla bağlı işə dərhal, elə indidən başlamaq lazımdır”.

Qeyd edək ki, İtaliya AVRO-2020-nin qalibi olub.