11:14 16-07-2021
news_image
239
FUTBOL

Hulkla danışığa başladı – Türkiyə klubu

Braziliyalı hücumçu Hulk karyerasını yenidən Avropada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Atletiko Mineyro”nun forvardı Türkiyədən təklif alıb.

35 yaşlı futbolçunu “Fənərbaxça” transfer etmək fikrinə düşüb. “Sarı-lacivərdlilər”in baş məşqçisi Vitor Pereyra keçmiş yetirməsi ilə ilkin danışıq da aparıb. Braziliya millisinin sabiq üzvü bu keçidin əleyhinə deyil. Futbolçunun meneceri ilə danışıqlara artıq start verilib. Menecerin tələbi ilinə 4 milyon avro maaş olmaqla 2 illik müqavilə olub.

Qeyd edək ki, Hulk “Atletiko Mineyro”ya bu ilin əvvəlində keçib.