12:40 16-07-2021
news_image
164
TOKİO-2020

Olimpiadaya yollandı, Tokioda itdi – uqandalı idmançı

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak üçün Yaponiyaya yollanan Uqanda yığmasının idmançısı itib.

Apasport.az saytının məlumatına görə, atlet Tokioya çatdıqdan sonra yoxa çıxıb.

20 yaşlı idmançının adı açıqlanmır. Olimpiadaya Yaponiyada hazırlaşan uqandalı Osakadan paytaxta getdikdən sonra itib.

Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.