00:00 19-07-2021
news_image
328
TOKİO-2020

Hansı yarış harada olacaq? – millimiz üçün Tokioda 12 müxtəlif məkan

Tokio-2020 Yay Olimpiya Oyunlarının startına cəmi 2 gün qalıb.

Apasport.az saytının məlumatına görə, rəsmi açılışı iyulun 23-də keçiriləcək multi idman yarışının ilk startları iki gün əvvəl veriləcək.

Yaponiya paytaxtı 206 ölkədən 12 min 500-ə yaxın idmançının mübarizəsinə meydan olacaq. Bu atletlər Tokionun 23 rayonunu əhatə edən 36 idman qurğusunda mübarizə aparacaq.

Azərbaycan idmançıları da bu qurğulardan bəzilərində medal uğrunda yarışacaq. Onlar 12 müxtəlif məkanda qüvvəsini sınayacaq.

Miras zonası
Meydzi məbədi və Yeeqi parkı
1) Yapon Milli Stadionu
Açılış və bağlanış mərasimi, atletika, futbol, reqbi-7
2) Tokio İdman Sarayı
Stolüstü tennis
3) Yeeqi Milli Stadionu
Həndbol

Tokio İmperator sarayı zonası
4) Nippon Budokan
Karate, cüdo
5) İmperator sarayının bağları
Velosiped idmanı, şosse yürüşünün startı
6) Tokio Beynəlxalq Forumu
Ağır atletika

Sumida
7) Reqoku Kokuqikan
Boks

Olimpiya parkı
Odaiba
8) Ariake Arena
Voleybol
9) Olimpiya BMX mərkəzi
Velosiped idmanı (BMX)
10) Olimpiya velodromu
Velosiped idmanı (trek)
11) Ariake Gimnastika Mərkəzi
İdman gimnastikası, bədii gimnastika, batut gimnastikası
12) Ariake Tennis Parkı
Tennis
13) Odaiba Dəniz Parkı
Triatlon, açıq suda üzgüçülük
14) Siokadze Park
Çimərlik voleybolu
15) “Tokyo Big Sight” A zalı
Güləş
16) “Tokyo Big Sight” B zalı
Qılıncoynatma, taekvondo

Yumenosima
17) Su idman növləri Olimpiya Mərkəzi
Su polosu, üzgüçülük, suyatullanma, sinxron üzgüçülük
18) Gənclik A Plats-arenası
Badminton
19) Gənclik B Plats-arenası
Basketbol
20) Xəyal adası oxatma meydanı
Kamandan oxatma
21) Xəyal adası stadionu
Atçılıq

Si Forrest
22) Atların Tokio Meşə Parkında çöl sınaqları
Atçılıq (çöl sınaqları)
23) Tokio Meşə Parkı Su yolu
Akademik avarçəkmə, kayak və kanoelərdə avarçəkmə
24) Tokio Meşə Parkının dağ velosipedi trası 
Velosiped idmanı (dağ velosipedi)

Kasai
25) Kasai
Avarçəkmə slalomu

Sisayd
26) Sisayd
Otüstü hokkey

Tokio prefekturası (Tama vilayəti)
27) Musasino Meşə Parkının İdman Mərkəzi
Müasir beşnovçülük (atıcılıq, qılıncoynatma, üzgüçülük)
28) Tokio stadionu
Futbol, müasir beşnovçülük (atçılıq, qaçış)
29) Musasino Meşə Parkı
Velosiped idmanı (şosse yürüşünün finişi)

Kanaqava prefekturası
30) Yokoqama Beynəlxalq Stadionu
Futbol
31) Enosima
Yelkənli qayıq idmanı

Saytama prefekturası
32) Asaka atıcılıq parkı
Atıcılıq
33) Saytama 2002
Futbol
34) Kasumiqaseki Qraf Klubu
Qolf

Toxoku
35) Miyaqi stadionu
Futbol

Hokkaydo
36) Sapporo Doum
Futbol