13:31 16-07-2021
news_image
176
FUTBOL

21 futbolçu sifariş etdi - "Sumqayıt"

“Sumqayıt” Konfrans Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA təqdim edib.

Apasport.az saytının məlumatına görə, bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşmalar üçün təmsilçimiz 21 futbolçu sifariş edib. Bunlardan üçü qapıçı, doqquzu müdafiəçi, yeddisi yarımmüdafiəçi, ikisi hücumçudur.

Qapıçılar: 1. Tərlan Əhmədli, 13. Aydin Bayramov, 71. Hüseynəli Quliyev;

Müdafiəçilər: 2. Dmitri Nağıyev, 3. Vurğun Hüseynov, 4. Höccət Haqverdi, 5. Camaləddin Xocaniyazov, 7. Tellur Mütəllimov, 14. Elvin Bədəlov, 18. Süleyman Əhmədov, 33. Eltun Turabov, 73. Yusif Nəbiyev;

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 8. Səbuhi Abdullazadə, 10. Rəhim Sadıxov, 11. Rüfət Abdullazadə, 17. Murad Xaçayev, 20. Roman Hüseynov, 60. Elvin Məmmədov;

Hücumçular: 9. Əli Qurbani, 19. Xəzər Mahmudov.

Qeyd edək ki, “Sumqayıt” ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü 29-da evdə keçirəcək.