13:51 16-07-2021
news_image
165
FUTBOL

“Yuventus”la bağlı qərarı - Ronaldonun

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun gələcək taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İtaliya “Yuventus”unun hücumçusu Turin təmsilçisində qalmağa qərar verib.

O, klub rəhbərliyini də bu barədə məlumatlandırıb. Ronaldo məzuniyyətdən iyulun 25-də qayıdacaq.

Futbolçunun agenti Jorje Mendeş “Yuventus”la müqavilənin daha bir il müddətinə uzadılmasına çalışır. Bununla bağlı danışıqlar klub prezidenti Andrea Anyellinin məzuniyyətdən qayıtmasından sonra başlayacaq.

Qeyd edək ki, “Yuventus”dan gedəcəyi gözlənilən Ronaldo PSJ və “Mançester Yunayted”in hədəfində idi.