15:24 16-07-2021
news_image
251
FUTBOL

2 hücumçu sifariş etdi - "Keşlə"

Bakının “Keşlə” klubu Konfrans Liqasının II təsnifat mərhələsi üçün heyətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibi sifariş vərəqini UEFA-ya təqdim edib.

“Soçi” ilə görüşlərdə baş məşqçi Sənan Qurbanovun sərəncamında 22 futbolçu olacaq. Bunlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 7-si yarımmüdafiəçi, 2-si hücumçudur.

Qapıçılar: 1. Stanislav Namaşko, 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev;

Müdafiəçilər: 2. İlkin Qırtımov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 8. Tural Axundov, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 21. Miyusko Boyoviç, 22. Elçin Mustafayev, 44. Sərcan Omarov;

Yarımmüdafiəçilər: 7. Rəhman Hacıyev, 10. Felipe Santos, 14. Turan Vəlizadə, 77. Merab Qiqauri, 17. Omar Qudiabi, 72. Neto, 99. Rafael Məhərrəmli;

Hücumçular: 29. Amil Yunanov, 50. Samir Abdullayev.

Qeyd edək ki, Rusiya təmsilçisi ilə oyunlar iyulun 22-də və 29-da keçiriləcək.