15:50 16-07-2021
news_image
119
FUTBOL

“İnter”də qaldı – xorvat yarımmüdafiəçi

Xorvatiya millisinin futbolçusu İvan Perişiç gələcək karyerası ilə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İtaliya “İnter”ində qalacaq.

Futbolçu Milan təmsilçisindən ayrılmaq niyyətində deyil. O, müqaviləsinin başa çatdığı 2022-ci ilin yayına qədər “İnter”də qalmaq barədə düşünür.

Qeyd edək ki, İvan artıq bir neçə klubdan aldığı təklifləri qəbul etməyib.