17:10 16-07-2021
news_image
212
FUTBOL

İlk yaşana bilər - DÇ-2030-da

Futbol tarixində ilk dəfə dünya çempionatı iki fərqli qitədə keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, Səudiyyə Ərəbistanı DÇ-2030-a İtaliya ilə birlikdə ev sahibliyi etmək niyyətindədir.

Asiyanın ən böyük ölkəsi mundiala şərikli ev sahibliyini planlaşdırır. İtaliyanın DÇ-2030 arzusunu açıqlamasından sonra ərəblər üçün apenninlilərlə tərəfdaşlıq gündəmə gəlib.

Bu məsələdə Səudiyyə Ərəbistanına ABŞ-ın “Boston Consultancy Group” konsaltinq şirkəti yardım edir. İtaliya variantından başqa Misir və Mərakeşlə birgə namizədlik də müzakirə olunub. Lakin turnirin kommersiya uğuru baxımından bu variant inandırıcı görünmür. İtaliya Superkubokunu da qəbul edən ərəblər üçün bu ölkə ilə əməkdaşlıq əlaqələri artıq özünü doğruldub.

Qeyd edək ki, DÇ-2030-a Böyük Britaniya ilə İrlandiya, həmçinin İspaniya ilə Portuqaliya da iddia edir.