23:18 26-07-2021
news_image
282
FUTBOL

XXI əsrdə ən çox kubok qazananlar – ADLAR

Futbolda bütün əziyyət mövsümün sonunda qazanılacaq kubok üçündür.

Apasport.az saytı xəbər verir ki, klublar da məhz bundan ötrü hər il heyətlərində dəyişiklik edir, ulduz futbolçu transfer edirlər.

Futbolçunun çox sayda titul qazanması isə onun səviyyəsindən xəbər verir. XXI əsrdə ən çox kubok qazanan futbolçuların siyahısına braziliyalı müdafiəçi Dani Alveş başçılıq etməkdə davam edir. Onu Misirdə kifayət qədər tanınan “Əl-İttihad”ın yarımmüdafiəçisi Hossam Aşur və əfsanəvi ispaniyalı Andres İnyesta izləyir.

Argentina millisi ilə Amerika kubokunun qalibi olan “Barselona”nın kapitanı Lionel Messi isə 38-ci tutuluna qovuşmaqla 4-cü pilləyə yüksəlib və ikinci yerlə arasında cəmi 1 kubok fərq var. Portuqaliya yığmasının və “Yuventus”un qolçusu Kriştiano Ronaldo 7-ci sıradadır.

35 və ondan çox kubok qazananların yer aldığı siyahıdakı 7 futbolçudan yalnız biri – braziliyalı Maksvell karyerasını bitirib.

XXI əsrdə ən çox kubok qazanan futbolçular bunlardır:
1. Dani Alveş (Braziliya) - 42 kubok
2-3. Hossam Aşur (Misir) – 39
Andres İnyesta (İspaniya) – 39
4. Lionel Messi (Argentina) - 38
5-6. Maksvell (Braziliya) – 37
Jerar Pike (İspaniya) – 37
7. Kriştiano Ronaldo (Portuqaliya) – 35