17:29 16-07-2021
news_image
492
FUTBOL

“Neftçi” və “Qarabağ”ın Rusiya Premyer Liqasında oynamasını istəyir - Andrey Arşavin

Azərbaycan klublarının Rusiya çempionatında oynaması növbəti dəfə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, bu dəfə futbol veteranı Andrey Arşavin belə bir zərurətin olduğunu açıqlayıb.

Rusiya millisinin sabiq hücumçusu iki Azərbaycan klubunun gücünə bələd olduğunu gizlətməyib. Onun fikrincə, bu komandalar Rusiya Premyer Liqasını gücləndirər: “Çempionatımızı daha baxımlı edib, qazanc götürməyin bir yolu var. Qazaxıstan, Azərbaycan və Belarus çempionatı ilə birləşmək. Bu ən azı auditoriyanı genişləndirər. Bizim “Arsenal”la oyunlar göstərdi ki, Azərbaycanın iki komandası isə heç də Rusiya Premyer Liqasının ikinci “səkkizliy”indən zəif deyil. Bu ölkələrin hərəsindən 2, Rusiyadan 12 komanda götürə bilərik”.

Qeyd edək ki, iki il əvvəl “Neftçi” Tula “Arsenal”ını avrokubokda məğlub edibsə (1:0, 3:0), “Qarabağ” bu il yoxlama görüşündə tulalılara 0:1 hesabı ilə uduzub.