18:01 16-07-2021
news_image
220
FUTBOL

4 klubdan təklif – “Yuventus”a

İtaliya millisinin futbolçusu Federiko Kyezaya təkliflər gəlməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, AVRO-2020-də yüksək performans sərgiləyən “Yuventus”un yarımmüdafiəçisi konkret olaraq 4 “Top-klub”un maraq dairəsindədir.

“Bavariya”, həmçinin İngiltərə təmsilçiləri “Çelsi”, “Mançester Siti” və “Liverpul” 24 yaşlı hücumameyilli oyunçunun keçidi üçün turinlilərə müraciət ünvanlayıb. Ancaq “qoca sinyora” onu satmaq fikrində deyil.

Qeyd edək ki, “Yuventus” bu yaxınlarda “Çelsi”nin 100 milyon avroluq təklifini rədd edib.