22:36 16-07-2021
news_image
165
FUTBOL

Koronavirusa yoluxdu - "Barselona"nın futbolçusu

"Barselona" klubunun bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bu barədə Kataloniya klubu rəsmi saytı vasitəsilə xəbər yayıb.

Bildirilib ki, gənc yarımmüdafiəçi Kays Ruizin testinin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən 19 yaşlı orta sahə oyunçusu evində karantinə alınıb. Fransalı futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu ayın əvvəlində PSJ-dən alınan Kays Ruiz "Barselona"nın B komandasına cəlb olunub.