22:47 16-07-2021
news_image
293
FUTBOL

Növbəti 4 mövsüm üçün finalın ev sahibi açıqlandı - Çempionlar Liqasında

Bu gün UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu qarşıdakı 4 mövsümdə Çempionlar Liqasının final matçının keçiriləcəyi şəhərləri təsdiqləyib.

Ən nüfuzlu klub turnirinin həlledici qarşılaşmasının 2022-ci ildə Sankt-Peterburqda, 2023-cü ildə isə İstanbulda keçirilməsi növbəti dəfə bəyan edilib. Həmçinin qərara alınıb ki, 2024-cü ildə ÇL-in final matçı Londonda, bir il sonra isə Münhendə təşkil olunsun.

Bundan başqa, 2021/22 mövsümündə avrokubokların qrup mərhələsinin püşkatma mərasimi avqustda Türkiyədə keçiriləcək. 2022/23 mövsümünün də qrupunun püşkü qardaş ölkədə olacaq.

UEFA Avropa Liqası ilə bağlı da müzakirə aparıb. Qərara əsasən, 2024-cü il finalı Dublində, bir il sonrakı həlledici matç isə Bilbaoda keçirilsin.