23:04 16-07-2021
news_image
108
DİGƏR NÖVLƏR

Qran-pridə medal - gimnastlarımızdan

İsraildə keçirilən Qran-pri yarışı Azərbaycanın bədii gimnastları üçün uğurlu alınıb.

Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, qrup hərəkətləri üzrə komandamız fəxri kürsüyə yüksəlib.

Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzandan ibarət millimiz çoxnövçülükdə bürünc medal qazanıb.