09:51 17-07-2021
news_image
218
FUTBOL

Məşqləri boykot edəcək - Keyn

İngiltərə millisinin futbolçusu Harri Keyn “Tottenhem”in məşqlərini boykot etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, hücumçu bu yolla klub rəhbərliyinə narazılığını çatdırmaq niyyətindədir.

Belə narazılığa səbəb London klubunun onu satmaq istəməməyidir. Keyn “Mançester Siti”yə keçmək istəyir. 

Bunun üçün də klubun onu buraxmasına nail olmağa çalışır. “Tottenhem”in prezidenti Deniel Levi 27 yaşlı forvardı buraxmaq və rəqiblərindən birini gücləndirmək fikrindən uzaqdır.