10:00 17-07-2021
news_image
158
FUTBOL

“Mançester Siti”dən getdi – hücumçusu

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Lukas Nmeçinin yeni komandası bəlli olub.

Apasport.az saytının məlumatına görə, hücumçu karyerasına Almaniya Bundesliqasında davam edəcək.

Nmeçi “Volfsburq”a keçib. O, yeni klubu ilə 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Lukas ötən mövsüm icarə əsasında oynadığı “Anderlext”də 41 oyuna 21 qol vurub.