11:08 17-07-2021
news_image
362
FUTBOL

“Futbolçularımız çatışmır” – “Keşlə”nin rəqibi

“Ötən cümə günü komandaya qoşulmuşam. Yay məzuniyyətim cəmi bir neçə gün oldu”.

Apasport.az saytının məlumatına görə, bunu Rusiyanın “Soçi” klubunun futbolçusu Kristian Noboa deyib.

O bildirib ki, istirahətdən sonra komandaya yeni qoşulsa da Konfrans Liqasının “Keşlə” ilə ilk matçında meydana çıxmağa hazırdır: “Artıq “Ximki” ilə görüşdə 45 dəqiqə oynadım. Məşqçi istirahət edə bildiyimi və meydana çıxmağa hazır olub-olmadığımı soruşdu. Mövsümün iyulun 26-da başlayacağını, istirahətə vaxtın yoxluğunu bildirdim. Düşünürəm ki, növbəti matçda 70 və ya 80 dəqiqə oynaya bilərəm. Əlbəttə, heyət güclənməlidir. Təkcə çempionat deyil, Konfrans Liqasında da oynayacağıq. Lazım olan səviyyədə futbolçularımız çatışmır”.

Qeyd edək ki, “Soçi” bu gün “Rubin”lə, ayın 22-də “Keşlə” ilə qarşılaşacaq.