12:51 17-07-2021
news_image
128
FUTBOL

Az maaşa yeni müqavilə - 4 futbolçuya təklif

“Barselona” maliyyə böhranından çıxmaq üçün futbolçularının maaşlarını azaldacaq.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 4 oyunçusuna bununla bağlı məktub göndərib.

Komandanın yüksək ödənişli oyunçuları Jerar Pike, Serxio Buskets, Jordi Alba və Serxi Robertoya maaşlarının azaldılması şərtilə yeni müqavilə təklif olunub. Bu, onların hazırkı sözləşmədəki məbləği uzun müddətə almalarına imkan verəcək.

Qeyd edək ki, “Barselona”nın kapitan Lionel Messi ilə yeni 5 illik müqavilənin razılaşdırdığı və argentinalının məvacibinin 50 faizində endirimə getdiyi bildirilib.