13:04 17-07-2021
news_image
96
FUTBOL

Yay düşərgələri keçirilir - şəhid övladları üçün

“YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün yay düşərgələri keçirilir.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ümumilikdə 300-dək uşağı əhatə edəcək 6 düşərgədən birincisi artıq başa çatıb.

İlk düşərgə ərzində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatrlar, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, müxtəlif idman növləri ilə, eləcə də, futbolla məşğul olmaq, konsultasiyalar keçirilməsi və müğənnilərin iştirakı ilə konsert proqramı təşkil edilib.

İlk düşərgənin son günündə iştirakçılara AFFA tərəfindən müxtəlif hədiyyələr, idman ləvazimatları təqdim edilib.